"Xaç atası"nın prodüseri vəfat edib

   "Xaç atası"nın prodüseri vəfat edib
  29 May 2024    Oxunub:788
Kanada əsilli amerikalı kinoprodüser Albert Raddi 94 yaşında vəfat edib. Bu barədə Associated Press və Deadline onun ailəsinə istinadən məlumat yayıb.
Prodüser Ronald Reyqan Universitetinin Kaliforniya Tibb Mərkəzində vəfat edib.

Albert Raddi 1930-cu ildə Monrealda anadan olub. Ailəsi Nyu Yorka köçdükdən sonra o, kimya mühəndisliyi, sonra isə memarlıq üzrə təhsil almağa başlayıb. Bir müddət sonra televiziyada işləyib. Raddi “Xaç atası” (1972) və "Milyonluq körpələr" (2004) filmlərində prodüser olub. Bu filmlərə görə o, iki dəfə Oskar mükafatı alıb.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:





Xəbər lenti