Gözəllər az xəstələnir – ELM

Gözəllər az xəstələnir – ELM
  03 İyul 2014    Oxunub:1457
Amerikalı alimlər belə bir nəticəyə gəliblər ki, insanlarda zahirən gözəllik xəstəlik riskini azaldır. Belə ki, gözəl insanlar digərləri ilə müqayisədə astma, şəkərli diabet, qulaqlarda küy, hipertoniya kimi xəstəliklərə nadir hallarda tutulurlar.
Sinsinatti Universiteti alimlərinin fikrincə, kişi və ya qadın nə qədər gözəl olsalar, adi depresiyyadan tutmuş ən qorxulu xəstəliklərlə qarşılaşma riski bir o qədər də az olur. Zahirən gözəl insanlar özlərini daha sağlam hiss edirlər, onlarda hər hansı fiziki və ya psixoloji pozgunluq halları az müşahidə edilir.

Amerikalı alimlər, 24-35 yaş arası 15 000 kişi və qadının analizlərinə əsasən belə bir qərara gəliblər. Onlar təcrübədə iştirak edənlərin sağlamlığını 10 yaşından 35 yaşınadək müşahidə ediblər.

Araşdırmanın müəllifləri hesab edirlər ki, əldə etdikləri nəticələr, insanın xarci gözəlliyinin onun geninin yaxşı olmasının göstəricisi olduğunu təsdiq edir.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti