Azərbaycanda yeni peyvənd vurulacaq

   Azərbaycanda yeni peyvənd vurulacaq
  02 May 2024    Oxunub:796
Azərbaycanda profilaktik peyvəndlər təqviminə dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiyi “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Qeyd edək ki, heksavaksinin tərkibinə Hepatit B, difteriya və tetanus anatoksini, göyöskürək, inaktivləşdirilmiş poliomielit, HİB əleyhinə peyvəndlər daxildir.

AzVision.az


Teqlər:





Xəbər lenti