Britaniya daha Erasmus proqramında iştirak etməyəcək

Britaniya daha Erasmus proqramında iştirak etməyəcək
  22 Aprel 2024    Oxunub:1569
Böyük Britaniya Erasmus tələbə mübadiləsi proqramında iştirakını dayandırıb.
Britaniya Avropa Komissiyasının Erasmus tələbə mübadiləsi proqramını yeniləməklə bağlı təklifini qəbul etməyib. Bununla da, britaniyalılar Avropa İttifaqında və Aİ vətəndaşları Birləşmiş Krallıqda daha asan şərtlərlə təhsil almaq imkanından məhrum olublar.

Qeyd edək ki, 1987-ci ildə təsis edilmiş Erasmus tələbə mübadilə proqramı (European Region Action Scheme for the Mobility of University Students) 18-30 yaşlı şəxslərin vətəndaşı olmadığı ölkədə 4 il müddətinə daha asan şərtlərlə təhsil almağa və işləməyə imkan verirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti