Birinci siniflərə sənəd qəbulu bu tarixdə başlayır

   Birinci siniflərə sənəd qəbulu bu tarixdə başlayır
  18 Aprel 2024    Oxunub:804
2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulunun vaxtı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.

O bildirib ki, sənəd qəbulu elektron qaydada 1 may tarixindən başlayacaq və 13 sentyabra qədər davam edəcək:

"Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may- 30 may tarixlərində təşkil ediləcək. Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək. Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrin təşkili uşaqların həmin bölmələrə qəbulunda obyektivliyi təmin edir".

Eşqi Bağırov əlavə edib ki, bu il 82 minə yaxın şagird məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti