Çingiz Abdullayevin son durumu məlum oldu

 Çingiz Abdullayevin son durumu məlum oldu
  13 Aprel 2024    Oxunub:1902
Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti yaxşılaşıb.
AzVision.az xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat verib. Bildirilib ki, Ç.Abdullayevin həyatı üçün təhlükə sovuşub, durumu sabitləşib. Hazırda Xalq yazıçısının müalicəsi xəstəxana şəraitində davam etdirilir.

Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısı səhhətində yenidən problem yarandığından hospitala yerləşdirilib.

Xatırladaq ki, Ç.Abdullayev 1959-cu il aprelin 7-də anadan olub. 2005-ci ildə Xalq yazıçısı adına layiq görülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti