Çilidə naməlum canlı növləri aşkarlanıb -VİDEO

Çilidə naməlum canlı növləri aşkarlanıb    -VİDEO
  10 Aprel 2024    Oxunub:991
Sakit Okeanın Çili sahillərinə yaxın ekstremal dərinliklərində yeni canlı növləri tapılıb.
Belə ki, Şmidt Okeanoqrafiya İnstitutunun Falkor tədqiqat gəmisinin göyərtəsində olan elm adamları dəniz dibindəki biotopları araşdırmaq üçün 1524 metrdən çox dərinliyə robotlaşdırılmış sualtı qurğu göndəriblər.

Nəticədə, alimlər elm üçün yeni olan yüzdən çox heyrətamiz qəribə növləri müəyyən edə bildilər. Mütəxəssislər həmin varlıqları lentə alıblar. Maraqlıdır ki, aşkarlanan yeni balıq növlərindən biri modifikasiya olmuş üzgəcləri sayəsində dəniz dibində gəzə də bilir.

Ekspedisiya üzvləri dənizin dərinliklərinin daha geniş öyrənilməsinin zəruri olduğunu vurğulayıblar.

Çilidəki "Catolica del Norte" universitetinin dəniz bioloqu və ekspedisiyanın baş alimi Xavyer Sellanesin sözlərinə görə, belə tədqiqatlar dünya okeanlarının ən ucqar və az öyrənilmiş guşələrində bəşəriyyətin xəbərsiz olduğu xeyli yeni canlı növlərinin, gizli həyat olduğunu təsdiqləyir.

AzVision.az



Teqlər: Okean   Alim  





Xəbər lenti