Mirzoyevin arvadı terrordan dərhal sonra reanimasiyaya yerləşdirilib
Qeyd edilir ki, qadın terror aktı xəbərini eşidən zaman qəfl huşunu itirib və hələ də xəstəxananın reanimasiyasında yatır.
Rusiya məhkəməsi Mirzoyevi həbs edib. O, günahkar olduğunu gizlətməyib.
Xatırladaq ki, martın 22-də Moskvada dörd silahlı şəxs “Piknik” qrupunun konsertindən əvvəl dəhşətli terror aktı törədiblər. Onlar “Krokus”un binasına soxularaq qarşılarına çıxan hər kəsə atəş açdıqdan sonra binanı yandırıblar. Terrorçular avtomobillə qaçsalar da Bryansk vilayətində saxlanılıblar. Faciəvi hadisə nəticəsində 140-dan çox insan həlak olub, 360 nəfər yaralanıb. 90-dan çox insan isə itkin düşmüş hesab olunur.
Aytən Zəhra
AzVision.az
Teqlər: Terror