Rusiya Qərbin Ermənistanı müharibəyə sürüklədiyini bəyan edib

   Rusiya Qərbin Ermənistanı müharibəyə sürüklədiyini bəyan edib
  19 Mart 2024    Oxunub:684
Qərbin siyasəti ona gətirib çıxarıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan sərhəd bölgəsində Azərbaycanla qaçılmaz müharibə təhlükəsi elan edir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.

“Avropa İttifaqı, NATO və Vaşinqtondan olan yeni kuratorlar bu məsələni nə qədər uzağa aparıblar? Diqqət edin: bu bəyanatın heç bir şəkildə Rusiya ilə əlaqəsi yoxdur. Bu, İrəvandakı mövcud hakimiyyətin müstəsna səlahiyyətidir və onların qərblilərlə məsləhətləşmələrinin nəticəsidir”, - deyə Mariya Zaxarova qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti