"Həyatımdakı ən yaxşı insan": Zelenskaya 18 il dostluq etdiyi şəxs haqqında

      "Həyatımdakı ən yaxşı insan":    Zelenskaya 18 il dostluq etdiyi şəxs haqqında
  11 Mart 2024    Oxunub:865
Ukraynanın birinci xanımı Yelena Zelenskaya “The World Inside Out” verilişində 18 ildir dost olduğu ən yaxın şəxs haqqında danışıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenskaya uzun müddətdir heç vaxt şübhə etmədiyi İrina adlı dostu olduğunu qeyd edib.

Layihənin aparıcısı Dmitri Komarovla söhbətində Zelenskaya qeyd edib ki, o, bu qızı çoxdan tanıyır.

"Dostlarsız həyat ümumiyyətlə mümkün deyil. Məsələn, mən dostum İrinanı 18 yaşımdan tanıyıram. İndi mənim 46 yaşım var. Həyatımızın çox hissəsini birlikdə keçirmişik. Və bir dəfə də olsun şübhə etməmişəm ki, bu, ən yaxşısıdır. Həyatımdakı rəfiqələrimin olması çox gözəldir", - Zelenskaya bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti