Ötən gün ölkədə 43 kq-a yaxın narkotik aşkarlanıb

Ötən gün ölkədə 43 kq-a yaxın narkotik aşkarlanıb
  01 Mart 2024    Oxunub:455
Polis əməkdaşları ötən gün ölkə ərazisində 43 kiloqrama yaxın narkotik aşkarlayıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 15 kiloqrama yaxın heroin, 27,6 kiloqramdan çox marixuana, 200 qrama yaxın tiryək və metamfetamin, həmçinin 833 ədəd metadon həbi olub.

AzVision.az


Teqlər:





Xəbər lenti