Fidan Venesuelaya gedib

   Fidan Venesuelaya gedib
  24 Fevral 2024    Oxunub:1411
Türkiyənin xarici işlər naziri Hakan Fidan Venesuelaya səfəri çərçivəsində həmkarı İvan Xillə görüşüb.
AzVision.az xəbər verir ki, nazirlərin birgə mətbuat konfransında Hakan Fidan iki ölkə arasında əlaqələrin inkişafını alqışlayıb.

"Bu il ölkələrimiz arasında ticarət həcminin 3 milyard dollarlıq hədəfə çatmasını gözləyirik", - o deyib.

İvan Xil isə, öz növbəsində, ölkəsinə qoyulan sanksiyalara qarşı Türkiyənin dəstəyinə görə təşəkkürünü bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Venesuela  





Xəbər lenti