MWM: “ABŞ verdiyi silahlarla bağlı Kiyevə xəbərdarlıq edib”
Pentaqonun baş müfəttişi Robert Storç bildirib ki, Birləşmiş Ştatlar Vaşinqtonun Ukrayna silahlı qüvvələrinə verdiyi tanklar, zirehli maşınlar və hava hücumundan müdafiə sistemlərinin saxlanması və ya təmiri ilə bağlı heç bir plan işləməyib və ya hazırlıq görməyib.
“Planlaşdırılmadakı bu uğursuzluq Ukraynanın həmin texnikadan istifadə edərək effektiv mübarizə aparmaq qabiliyyətini, eləcə də Müdafiə nazirliyinin zəruri hallarda digər milli təhlükəsizlik təhdidlərinə qarşı durmaq üçün zəruri olan hazırlığını təhlükə altına qoyur” , - Robert Storç deyib.
Yeri gəlmişkən, bu məsələ üzrə hazırlanmış son iki hesabatda ABŞ-nin Avropa Komandanlığının rəsmisi “mövcud modelin uzunmüddətli perspektivdə davamlı və effektiv olmayacağı” barədə müfəttişləri məlumatlandırıb.
Həmin hesabatlarda həmçinin vurğulanır ki, Ukraynaya tədarük edilən avtomobillər və raket sistemləri ölkə prezidentinin ixtisarla bağlı sərəncamına uyğun şəkildə “məhdudiyyətlər olmadan” ABŞ ordusunun öz ehtiyatlarından götürülüb. Rəsmi şəxs isə müfəttişlərə bildirib ki, belə bir təcrübənin davamlı olacağı təqdirdə Müdafiə Departamenti qarşısında Ukrayna bölmələrinin hazırlığı ilə ABŞ bölmələrinin hazırlığı arasında seçim etmək tələbini qoysunlar.
Ehtiyat hissələrinin çatışmazlığı, kifayət qədər istehsal xətlərinin və ya təlim keçmiş kadrların olmaması ABŞ-nin müdafiə sektorunun göndərdiyi avadanlığın sayını artırmaq imkanlarını məhdudlaşdıran aparıcı amillərdir. Buna görə də Ştorç ABŞ texnikasının Ukraynada saxlanması proleminə ətraflı şəkildə toxunub.
“Müdafiə nazirliyi zirehli texnikaları və hava hücumundan müdafiə sistemlərini Ukraynaya onların uzunmüddətli faydalılığının təminatı üçün heç bir plan olmadan təqdim edib... Hazırda Müdafiə nazirliyinin bu istiqamətdə iş aparmasına baxmayaraq, əvvəlcədən belə bir planın hazırlanmaması, bu mövzuda uzaqgörənliyin olmaması narahatlıq doğurur” , - müfəttiş vurğulayıb.
Onun sözlərinə görə, “məhdud miqdarda ehtiyat hissələri, döyüş sursatları və texniki dəstək” göndərən Pentaqon “bu səyləri hərtərəfli təminat planına uyğunlaşdırmyıb və ya əlaqələndirməyib”. Baş müfəttişin açıqladığı iki hesabata əsasən, ABŞ indiyədək Ukraynaya 186 “Bradley” piyada döyüş maşını və 189 “Strykers”, həmçinin 31 “M1A1 Abrams” əsas döyüş tankı göndərib. Bununla belə, Stroç Ukrayna Silahlı Qüvvələrinə verilən “Patriot” hava hücumundan müdafiə sistemlərinin sayını dəqiqləşdirməyib.
Amma bu texnika “M777” 155 mm-lik haubitsalar və insanın daşıya biləcəyi “Javelin” tank əleyhinə raket sistemləri də daxil olmaqla, əhəmiyyətli miqdarda tədarük edilən digər avadanlıqların məlum nümunələri ilə birlikdə ABŞ-nin Ukraynaya verdiyi ümumi silah arsenalının yalnız kiçik bir hissəsidir.
Sahil İsgəndərov
AzVision.az