Manasyan: "Parisin oyunları bizim təpiklənməyimizlə bitəcək"

      Manasyan:    "Parisin oyunları bizim təpiklənməyimizlə bitəcək"
  23 Fevral 2024    Oxunub:740
Məşhur erməni həkim və ictimai fəal Hayk Manasyan Fransanın ünvanına sərt fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, o "Mamul"a açıqlamasında İrəvanın Qərbə yersiz şəkildə istiqamət almasının erməni xalqı üçün təhlükələr törədəcəyi barədə xəbərdarlıq edib:

Fransanın müdafiə naziri Ermənistandadır - Video
"Fransa yenidən oyunlar oynamağa başlayıb. Bu isə yenə bizim təpiklənməyimiz, aşağılanmağımızla bitəcək. Fransanın Azərbaycana konkret zərəri olmayan siyasi hərəkətlərinə aldanmayın".

O qeyd edib ki, İrəvan Qərb üçün bəzi şeylər versə də, Qarabağ məsələsində onların tərəfini tutan olmad: "Qarabağ Azərbaycana təzyiq göstərən Rusiya üçün təsir rıçaqı idi. Avropa və ABŞ həm də Azərbaycanın İrana qarşı "dəyənəyə" çevrilməsində maraqlı idi. Onlar Bakı vasitəsilə Xəzər dənizinə də çıxa bildilər. Rusiya Qarabağ ermənilərinə və Ermənistana qarşı alçaq davrandığı kimi, Qərb də öz maraqları naminə bu alçaqlığı etdi”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Ermənistan   Rusiya  





Xəbər lenti