Medvedev: "Bayden kimi insanlar dünya üçün təhlükədir"

      Medvedev:    "Bayden kimi insanlar dünya üçün təhlükədir"
  22 Fevral 2024    Oxunub:977
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Co Baydeni bəşəriyyət üçün təhlükə adlandırıb.
Bayden Putini ağır söyüşlə təhqir etdi
AzVision.az xəbər verir ki, siyasətçi X hesabında (keçmiş Twitter) Ağ Ev rəhbərinin Rusiya prezidenti Vladimir Putini təhqir etdiyi çıxışa münasibət bildirib.

"Eyni zamanda, Bayden çıxışında iqlimin “bəşəriyyət üçün ekzistensial təhlükə” olduğu qənaətinə gəlib. ABŞ prezidentinin dediklərindən fərqli olaraq, ekzistensial təhlükəni iqlim deyil, Bayden kimi dəliliyə düçar olmuş və Rusiya Federasiyasına qarşı müharibəyə başlamağa hazır olan yararsız qocalar yaradır", deyə Medvedev əlavə edib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidentinin rusiyalı həmkarı Vladimir Putini təhqir etməsini Amerikanı alçaltdığını bildirmişdi.

Qeyd edək ki, Bayden San-Fransiskoda qapalı seçki kampaniyası zamanı Rusiya prezidenti Vladimir Putinin ünvanına ağır söyüşlər işlədib. ABŞ lideri həmkarını “dəli, fahişə oğlu” adlandırıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:   bayden   Putin  





Xəbər lenti