Bayden: "Tramp məni təəccübləndirir" - VİDEO

  Bayden: "Tramp məni təəccübləndirir" -  VİDEO
  22 Fevral 2024    Oxunub:1374
ABŞ Prezidenti Co Bayden seçki kampaniyası üçün ianə mərasimində rəqibi Trampı hədəfə alıb.
AzVision.az xəbər verir ki, o, Kaliforniya ştatının San-Fransisko şəhərində, şəxsi evdə baş tutan mərasim zamanı iqlim dəyişikliyi problemi barədə nitq söyləyərkən qəflətən haşiyə çıxaraq, ötən gün "Fox News" telekanalında aparıcı Lora İnqremə müsahibə verən rəqibi Donald Trampın özünü Rusiya müxalifətinin keçmiş lideri Aleksey Navalnıya bənzətməsini pisləyib.
Tramp özünü Navalnıya bənzətdi: "O, cəsur adam idi" - VİDEO

"Bu adamın (Trampın - red.) dedikləri, özünü Navalnıya oxşatması, ölkəmizi günahlandıraraq Navalnı kimi təzyiqə məruz qaldığını bildirməsi məni çox təəccübləndirir", - Bayden deyib.

ABŞ Prezidenti keçən həftə də Navalnının Rusiya həbsxanasında vəfat xəbəri yayılanda Putini və "onun quldurlarını" günahlandırıb:

"Nə baş verdiyini dəqiq bilmirik, amma şübhəsiz ki, Navalnının ölümü Putin və quldurlarının əməlidir".

Hərçənd Kreml bu qəbildən ittihamları yalanlayaraq, ölüm faktında Putinin iştirakı ilə bağlı iddiaları "yolverilməz" adlandırır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Rusiya  





Xəbər lenti