İrəvan: "Rus hərbçilər Aİ müşahidəçilərini Nerkin-Anda buraxmırlar"

   İrəvan:    "Rus hərbçilər Aİ müşahidəçilərini Nerkin-Anda buraxmırlar"
  21 Fevral 2024    Oxunub:974
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan diqqət çəkən açıqlamalar verib.
O qeyd edib ki, Rusiya hərbçiləri Avropa İttifaqı (Aİ) müşahidəçilərinin Nerkin-Anda daxil olmasına icazə verməyiblər.

Sülhə atılan güllə: Erməni təxribatını Qərb təşkil edib? - EKSPERTLƏRİN ŞƏRHİ
“Bəli, belə bir problem mövcuddur. Bu məsələdən xəbərdarıq və biz bunu həll etməyə çalışacağıq”, - Qriqoryan jurnalistlərlə söhbətində deyib.

Xatırladaq ki, fevralın 13-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanla sərhəddə təxribatlar törətmişdilər. Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirdi.

Əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulmuşdu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Müşahidəçi   Rusiya  





Xəbər lenti