Blinken və Lavrov görüşəcəklər

   Blinken və Lavrov görüşəcəklər
  21 Fevral 2024    Oxunub:975
Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan G-20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə ABŞ Dövlət katibi Antoni Blinken və Rusiya XİN rəhbəri Sergey Lavrovun görüşü nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, Rio-de-Janeyroda bu gün başlayan və sabah sona çatası görüşün əsas gündəmi Ukrayna və Qəzzadakı hadisələrdir.

Blinken və Lavrov sonuncu dəfə də G20 XİN rəhbərlərinin ötən ilin martında Hindistanda keçirilən toplantısında görüşmüşdülər.

Yeri gəlmişkən, ABŞ-nin bu gün Ukrayna müharibəsi və Rusiya müxalifətinin keçmiş lideri Aleksey Navalnının həbsxanada ölümü ilə əlaqədar Moskvaya qarşı yeni sanksiyalar irəli sürəcəyi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Blinken   Lavrov   G20  





Xəbər lenti