Rəsmi Bakı İrəvanın təkliflərinə cavab verib

   Rəsmi Bakı İrəvanın təkliflərinə cavab verib
  21 Fevral 2024    Oxunub:846
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün yeri, vaxtı və formatı müzakirə edilir. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində bildirib.
O xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında keçirilən görüşdə xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü barədə razılıq əldə olunub. Hazırda tarixlər müzakirə olunur, lakin tarixlər, yer və format barədə dəqiq məlumat yoxdur.

Sülh sazişinin hazırlanmasına gəlincə, o bildirib ki, yanvarın əvvəlində göndərilən təkliflərə Bakıdan cavab gəlib.

"Biz işimizi davam etdiririk və düşünürəm ki, bu məsələ xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq",-Təhlükəsizlik Şurasının katibi qeyd edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti