Etirazçı erməni üsyan etdi: “Çörəyimizi rusların unitazını təmizləməklə qazanırıq..."

   Etirazçı erməni üsyan etdi:    “Çörəyimizi rusların unitazını təmizləməklə qazanırıq..."
  21 Fevral 2024    Oxunub:1193
Xəbər verdiyimiz kimi bu gün Ermənistanda vergi dəyişikliklərinə etiraz olaraq aksiya keçirilib.
Geqarkunik rayonunun sakinləri yolu bağlayaraq ölkə rəhbərliyinin "islahatları"na qarşı çıxıblar. Məsələ ondadır ki, xaricə işləməyə gedən sadə vətəndaşlar Ermənistan Respublikasına vergi ödəməli olacaqlar. Bu, yeni qanunla tənzimlənəcək.

Ermənilər vergi dəyişikliyinə görə yolu bağladılar
Rayon sakinlərindən biri jurnalistlərə açıqlamasında deyib ki, artıq Qarabağdan köçmüş ermənilərin gününə düşürlər: “Biz ruslar üçün unitaz təmizləyərək həftələrlə çimmədən işləyirik ki, əlavə olaraq bir qəpik də olsa qazana bilək, ailəmizi dolandıraq. Qazanandan sonra bu pulu ölkəyə gətirib vergi ödəyəcəyik?

Biz də qarabağlılar (Qarabağdan könüllü çıxan erməniləri nəzərdə tutur-red.) kimi evimizi yandırmalı, hər şeydən üz çevirib getməli olacağıq”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Vergi   Aksiya  





Xəbər lenti