Separatçıların məşhur mühafizəçisi saxlanıldı

 Separatçıların məşhur mühafizəçisi saxlanıldı
  21 Fevral 2024    Oxunub:830
Qarabağda mövcud olmuş keçmiş qondarma rejimin rəhbəri Samvel Şahramanyanın təhlükəsizlik xidmətinin əməkdaşı Aşot Danielyan saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə NEWS.am məlumat yayıb.

Şahramanyan gileyləndi: "Hamımız çətin vəziyyətdəyik"
"Fevralın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Danielyanı İrəvanın Abovyan küçəsində tutublar. Onu narkotik maddə saxlamaq və satmaqda şübhəli bilərək polis bölməsinə aparıblar", - nəşr yazıb.

Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan separatçıların məşhur mühafizəçisinin saxlanılması xəbərini təsdiqləyib: "Polisə gətirilən vətəndaşla bağlı alınan ifadə və müvafiq sənədlər İstintaq Komitəsinə verilib. Daha sonra həmin şəxsin özü də İstintaq Komitəsinə təqdim edilib. Faktla bağlı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 393-cü və 396-cı maddələrinin 1-ci bəndləri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır".

Qeyd edək ki, Aşot Danielyan Şahramanyanın əsas mühafizəçilərindən biri sayılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Separatçı   Mühafizə  





Xəbər lenti