Lavrov: Ukrayna münaqişəsində sülhə hazırıq

   Lavrov:    Ukrayna münaqişəsində sülhə hazırıq
  21 Fevral 2024    Oxunub:824
Moskva hələ də Ukrayna böhranının sülh yolu ilə həllinə razıdır.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyanın “O Globo” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, hazırda Kiyev və onun xarici tərəfdaşları qondarma “sülh formulunu” təşviq etməyə kökləniblər. Söhbət Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskinin planından gedir. Hansı ki, Lavrov bunu “Rusiya Federasiyası üçün qəbuledilməz ultimatum” adlandırıb.

Nazirin sözlərinə görə, Ukrayna hakimiyyəti və Qərb hərbi əməliyyatları dayandırmaq üçün səsləndirilən alternativ təklifləri “qəti şəkildə rədd edir”.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti