Minə yaxın ukraynalı əsgər Avdeyevkada itkin düşüb - "New York Times"

      Minə yaxın ukraynalı əsgər Avdeyevkada itkin düşüb    - "New York Times"
  21 Fevral 2024    Oxunub:1273
Ukrayna Silahlı Qüvvələrinin minə yaxın əsgəri Avdeyevkadan geri çəkilən zaman itkin düşüb.
Bu fikirlər Amerikanın "New York Times" (NYT) qəzetində dərc olunan məqalədəndir. Nəşr Ukrayna hərbçilərinə istinadən yazıb ki, böyük ehtimalla onlar əsir götürülüblər.

NATO: "Cəbhədəki vəziyyət Kiyev üçün çox ağırdır"
Fərqli rəqəmlər də səsləndirilir. Bəzi mənbələrə görə, Ukrayna Silahlı Qüvvələrinin 850 əsgəri itkin düşüb. Əsas mənbələr isə mindən çox insanın itkin düşdüyünü iddia edirlər.

"Onlar itkin düşənlər siyahısına salınıb. Görünür, əsir düşüblər. Bu, fəlakətli itkidir", - məqalədə yazılıb.

Qəzetin hərbi mənbələri onu da iddia ediblər ki, geri çəkilmə prosesi pis planlaşdırılıb və təxliyə çox gec başlayıb.

Xatırladaq ki, NATO baş katibi Yens Stoltenberq Ukrayna cəbhəsində vəziyyətin Kiyevin əleyhinə gərginləşdiyini etiraf edib. O qeyd edib ki, cəbhə xəttində Ukrayna Silahlı Qüvvələri üçün çox çətin vəziyyət yaranıb: "Avdeyevkanın tutulması da daxil olmaqla, Rusiyanın bəzi nailiyyətlərini gördük".


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Cəbhə   İtki   Girov  





Xəbər lenti