NATO: "Cəbhədəki vəziyyət Kiyev üçün çox ağırdır"
Alyans nümayəndəsinin sözlərinə görə, vəziyyətin belə olmasının səbəbi NATO ölkələrinin Kiyevə yetərincə mərmi verməməsidir.
“Cəbhə xəttində Ukrayna Silahlı Qüvvələri üçün çox çətin vəziyyət yaranıb. Avdeevkanın tutulması da daxil olmaqla, Rusiyanın bəzi nailiyyətlərini də gördük. Bu ciddi məsələdir”, - deyə Şimali Atlantika Alyansının baş katibi jurnalistlərə bildirib.
Stoltenberq NATO üzvlərini Kiyevə dəstəyini gücləndirməyə çağırıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: