Lavrov Braziliyaya getdi

   Lavrov Braziliyaya getdi
  21 Fevral 2024    Oxunub:754
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Latın Amerikasına işgüzar səfəri çərçivəsində Rio-de-Janeyroya gedib .
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib. Bildirib ki, Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin fevralın 21-22-də Rio-de-Janeyroda keçiriləcək görüşündə iştirak edəcək.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, G20 toplantısı geosiyasi ziddiyyətlərin tənzimlənməsinə və iqtisadi institutların islahatlarına həsr olunacaq. Lavrov həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Fevralın 19-da səfəri çərçivəsində Rusiya XİN rəhnəri Kubaya səfər edib və burada kubalı həmkarı Bruno Rodriges və prezident Migel Diaz-Kanel ilə danışıqlar aparıb.

Fevralın 20-də o, Venesuelaya gəlib, həmkarı İvan Hil və respublika prezidenti Nikolas Maduro ilə görüşüb, həmçinin Aleksandr Puşkinin büstünün açılış mərasimində iştirak edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti