Borrell: Ukraynadakı vəziyyət üç aya həll olunacaq

      Borrell:    Ukraynadakı vəziyyət üç aya həll olunacaq
  18 Fevral 2024    Oxunub:1358
Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell hesab edir ki, Ukraynadakı döyüş meydanında vəziyyət üç ay ərzində həll olunacaq və buna görə də Kiyevə yardımı artırmağa çağırır.
O, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

"Üç aydan sonra döyüş meydanında vəziyyət həll olunacaq. Biz artıq "Avropa seçkilərini gözləyək" və ya "daha çox təfərrüatları bilmək istəyirik" deyə bilmərik. Biz daha sürətli, daha qətiyyətli olmalıyıq, müharibə şəraitində yaşayırıq. ”, - deyə o, Kiyevə daha çox kömək etməyə çağırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti