Stoltenberq: "Ukraynaya yardım dərhal təsdiqlənməlidir"

  Stoltenberq:  "Ukraynaya yardım dərhal təsdiqlənməlidir"
  17 Fevral 2024    Oxunub:1128
NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Konqresini Ukrayna üçün əlavə yardım paketini tezliklə təsdiqləməyə çağırıb.
AzVision.az xəbər verir ki, o bu barədə Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsində bildirib.

"NATO-nun avropalı üzvləri öz müdafiə xərclərinə lazımi sərmayə qoymasalar da, Ukraynaya hərbi yardımın həcminə görə Kanada ilə birlikdə ABŞ-dən daha çox vəsait ayırıblar. ABŞ Konqresinin yardım paketinə tərəddüdlə yanaşması birbaşa döyüş meydanına təsir göstərir. Bu barədə Konqresə məsləhət vermək mənim işim deyil, sadəcə deməliyəm ki, Ukraynaya yardımla bağlı qərarın həyati əhəmiyyəti var, çünki Ukraynaın dəstəyə ehtiyacı var", - baş katib söyləyib.

Xatırladaq ki, bu həftə ABŞ Senatı Ukrayna üçün 61 milyard dollar dəyərində yardım layihəsinə səs verib. Konqresin Nümayəndələr Palatası isə layihəyə səs verməkdən boyun qaçıraraq, fevralın sonunadək baxılacağını bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Nato   Ukrayna   ABŞ   Avropa  





Xəbər lenti