Ramzan Kadırovun oğlu nazir təyin edilib

   Ramzan Kadırovun oğlu nazir təyin edilib
  17 Fevral 2024    Oxunub:1284
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Axmat Kadırov ordenə layiq görülüb və gənclərlə iş üzrə yerli nazir təyin olunub.
AzVision.az xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin sədri Maqomed Daudov onu ordenlə təltif olunması münasibətilə "Telegram" kanalında təbrik edərkən bildirib.

"Təbrik edirəm! Çeçenistan Respublikasının gənclərlə iş üzrə naziri Axmat Kadırov "Kadırov" (babası - respublikanın keçmiş rəhbəri Axmat Kadırovun şərəfinə - red.) ordeni ilə təltif edilib! Bu gün “Birincilərin Texnosportu” idman festivalının açılış mərasimində ona Çeçenistan Respublikasının ali mükafatını təqdim etməkdən məmnunluq duyuram", - parlament sədri bildirib.

Bu vaxtadək Axmat Kadırov Çeçenistanın bədən tərbiyəsi, idman və gənclər siyasəti üzrə nazirinin birinci müavini vəzifəsində çalışıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Çeçenistan   Axmat-Kadırov   vəzifə  





Xəbər lenti