"NATO-ya üzv ölkələr üçün birbaşa hərbi təhlükə yoxdur" - Stoltenberq

   "NATO-ya üzv ölkələr üçün birbaşa hərbi təhlükə yoxdur" -    Stoltenberq
  17 Fevral 2024    Oxunub:995
Hazırda alyansa üzv ölkələr üçün real hərbi təhlükə yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

"NATO üzv ölkələri üçün birbaşa hərbi təhlükə görmür", deyə Alyansın baş katibi qeyd edib.

Qeyd edək ki, Stoltenberq fevralın 14-də Brüsseldə mətbuat konfransında çıxışı zamanı da oxşar bəyanatlar verib. Eyni zamanda, o, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Vaşinqtonun Şimali Atlantika Alyansı ilə münasibətləri ilə bağlı sözlərini pisləyib. Stoltenberqin sözlərinə görə, onlar NATO-nun təhlükəsizliyini pozurlar.

AzVision.az


Teqlər:





Xəbər lenti