İrəvanda Navalnıya görə mitinq keçirilir - Video

   İrəvanda Navalnıya görə mitinq keçirilir -    Video
  16 Fevral 2024    Oxunub:1071
Rusiyanın İrəvandakı səfirliyi qarşısında Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümü ilə bağlı kortəbii aksiya keçirilir.
Mitinq iştirakçıları Rusiya prezidenti Vladimir Putin və erməni jurnalist, təbliğatçı Marqarita Simonyanın ünvanına təhqirlər səsləndiriblər.




Qeyd edək ki, bu gün Rusiya müxalifətinin lideri Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki "Qütb bayquşu" cəzaçəkmə koloniyasında vəfat edib.

Bu barədə Rusiya Federal Penitensiar Xidmətin yerli idarəsi bəyanat yayıb.

Bildirilir ki, o bu gün gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Həkimlər onun öldüyünü bildiriblər. 47 yaşlı siyasətçinin tromb yaranması səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Navalnı Rusiyada 2011-2013-cü illərdə meydana gələn etirazların öncülərindən olmuş, seçki saxtakarlığına və hökumətin korrupsiyasına qarşı kampaniya aparmışdı. Kreml əleyhinə müxalifətin rəhbəri timsalında ekstremizm və dələduzluq ittihamı ilə həbs edilmişdi.

2020-ci ildə noviçokdan zəhərlənmə şübhəsi ilə komaya düşmüş və müalicə üçün Almaniyaya aparılmışdı. Sağalaraq 2021-ci ildə ölkəsinə qayıtmış və şərti azadlığa buraxılma pozuntusu ittihamı ilə saxlanılmışdı.

Aleksey Navalnı ümumilikdə 30 il azadlıqdan məhrum edilmişdi.
AzVision.az


Teqlər:





Xəbər lenti