Sidik kanalına batareya yerləşdirdi, başına iş açdı

   Sidik kanalına batareya yerləşdirdi,    başına iş açdı
  16 Fevral 2024    Oxunub:1110
Avstraliyada həkimlər nekroz səbəbindən kişinin cinsiyyət orqanının bir hissəsini əməliyyatla götürməli olublar. Bu, 73 yaşlı kişinin sidik kanalına üç santimetrlik batareya yerləşdirməsindən sonra baş verib. Bu barədə Daily Mail məlumat yayıb.
Adı açıqlanmayan 73 yaşlı avstraliyalı kişi ağrı və sidiyə çıxmaqda çətinlik çəkməklə bağlı xəstəxanaya müraciət edib. O, həkimlərə etiraf edib ki, bir gün əvvəl sidik kanalına üç batareya yerləşdirib.

Kişi bunu ilk dəfə etmədiyini və keçmişdə onları çıxarmaqda problem yaşamadığını deyib. Ancaq bu dəfə onları daha dərinə yerləşdirdiyi üçün həkimə müraciət etməli olub.

Müayinə zamanı məlum olub ki, sidik kanalı qaralıb. Həkimlər ümumi anesteziya altında aparılan əməliyyat zamanı nekroz və yanıqlar aşkar ediblər. Cərrahlar diametri 1,3 sm olan üç batareyanı çıxarıblar.

On gündən sonra kişi sidik kanalında şişin yaranmasından və ifrazatda yaşanan çətinlikdən şikayət edərək xəstəxanaya qayıdıb. Həkimlər onun üzərində daha bir əməliyyat keçiriblər və nekroz səbəbindən cinsiyyət orqanının bir hissəsini çıxarıblar.

Kişinin sidiyə getməsinə kömək etmək üçün onu kateterlə təmin ediblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti