Türkiyə XİN: AŞPA-nın qərarı Cənubi Qafqazda sülhə xidmət etməyəcək

   Türkiyə XİN:    AŞPA-nın qərarı Cənubi Qafqazda sülhə xidmət etməyəcək
  16 Fevral 2024    Oxunub:996
Türkiyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan Nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənir.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir: “Əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə dəvət edir”.
AzVision.az



Teqlər:





Xəbər lenti