NATO Rusiyanın hərbi istehsalının sürətindən narahatdır

   NATO Rusiyanın hərbi istehsalının sürətindən narahatdır
  17 Fevral 2024    Oxunub:1001
Şimali Atlantika Müqaviləsi Təşkilatı ölkələrində Rusiya hərbi texnikasının istehsal tempi ilə bağlı narahatlıq artır.
Bu barədə Financial Times yazıb. Qeyd olunub ki, Qərb siyasətçilərinin təşvişə düşməsinin səbəblərindən biri Rusiya müdafiə sənayesinin son bir ildə NATO tərəfindən qeyri-mümkün hesab etdiyi sürətlə baş verən canlanmadır.

Material müəlliflərinə görə, Rusiya hərbi sənaye kompleksi son bir ildə milyonlarla artilleriya mərmisi və yüzlərlə tank istehsal edib, eyni zamanda Donald Trampın ABŞ prezidentliyinə mümkün qayıdışı ilə NATO-nun perspektivləri sual altında qalıb.

“Financial Times” Britaniya kəşfiyyatçısından sitat gətirib: “Biz indi həqiqətən təhlükəli dövrlərdə yaşayırıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti