Səhvən 37 il həbs edilən şəxsə 14 milyon dollar ödəniləcək

   Səhvən 37 il həbs edilən şəxsə 14 milyon dollar ödəniləcək
  16 Fevral 2024    Oxunub:1168
ABŞ-nin Florida ştatının Tampa şəhərində səhv nəticəsində 37 il həbs edilmiş şəxsə 14 milyon dollar təzminat ödəniləcək.
AzVision.az xəbər verir ki, bu barədə "Associated Press" Agentliyi məlumat yayıb.

59 yaşlı Robert Dyubuaz məhkəmənin səhv qərarına görə 37 ilini dəmir barmaqlıqlar arxasında keçirib. O, 1983-cü ildə Florida ştatında 19 yaşlı Barbara Qramsın zorlanmasında və öldürülməsində günahkar bilinib. 1980-ci illərdə DNT testi hüquq-mühafizə orqanları üçün mövcud olmadığı üçün bu analiz 2020-ci ildə aparılıb və cinayətin başqa şəxs tərəfindən törədildiyi müəyyən olunub.

Dyubuazın günahsızlığı sübuta yetiriləndən sonra ona 14 milyon dollar təminat ödəniləcəyi qeyd edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti