Ermənistanın keçmiş iqtisadiyyat nazirinə qarşı cinayət işi açıldı

   Ermənistanın keçmiş iqtisadiyyat nazirinə qarşı cinayət işi açıldı
  15 Fevral 2024    Oxunub:1015
Keçmiş iqtisadiyyat naziri Vaan Kerobyanın həbsi ilə bağlı məhkəməyə müraciət edilib.
Bu barədə onun vəkili Tiqran Yeqoryan "Sputnik Ermənistan"a bildirib. Onun sözlərinə görə, müdafiə etdiyi şəxs ittihamları qəbul etmir.

“Bizim qiymətləndirməmizə görə, vəsatətdə yer alan əsaslar çox zəifdir”, -vəkil bildirib. Vəkil qeyd edib ki, Kerobyan “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə ittiham olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti