Etirazçı fermerlər Avropa Komissiyasının ofisinə yumurta atdılar - VİDEO

 Etirazçı fermerlər Avropa Komissiyasının ofisinə yumurta atdılar -    VİDEO
  15 Fevral 2024    Oxunub:1288
Polşanın Vroslav şəhərində etiraz edən fermerlər Avropa Komissiyasının ofis binasına yumurta atıblar.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar şəhərin mərkəzində AK binasının yaxınlığında toplaşıblar.

Yerli mətbuatın məlumatyına görə, aksiyada ən azı min nəfər iştirak edib. Onlar həmçinin təkərləri yandırıb, fişənglər partladıblar. Aksiya başlayandan bir neçə dəqiqə sonra təşkilatçılar onun başa çatdığını elan ediblər.

Qeyd edək ki, FNSEA fermerlər həmkarlar ittifaqının rəhbəri Arnaud Russo fevralın 13-də fermerlərin əlavə dəstək tədbirləri olmadığı halda etirazları bərpa etməyə hazır olduqlarını bildirmişdi. Daha əvvəl isə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot qeyd etmişdi ki, fransız xalqı Polşadan olan fermerlərin Ukrayna taxılının Avropa İttifaqına idxalına qarşı etirazlarını dəstəkləyir.



AzVision.az


Teqlər:





Xəbər lenti