Sülhə atılan güllə: Erməni təxribatını Qərb təşkil edib? - EKSPERTLƏRİN ŞƏRHİ |
Qriqoryan öz növbəsində qeyd edib ki, İranın Ermənistanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyi İrəvan üçün çox mühüm və dəyərlidir. O, Ermənistan hökumətinin İslam Respublikası ilə iqtisadi və ticarət əlaqələrini, xüsusilə enerji və nəqliyyat sektorlarında inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı missiyası Rusiya və Azərbaycanla yanaşı İranda da narazılıq doğurub. İran rəhbəri regionda xarici qüvvələrin mövcudluğundan söz açarkən çox gümanki, bu missiyanın fəaliyyətini nəzərdə tutub.
Tural Tağıyev
AzVision.az