2 ölkə Ukrayna üçün minlərlə pilotsuz təyyarə tədarük edir

2 ölkə Ukrayna üçün minlərlə pilotsuz təyyarə tədarük edir
  15 Fevral 2024    Oxunub:959
Britaniya və Latviya Ukraynaya minlərlə pilotsuz uçuş aparatı, o cümlədən "FPV" dronlar tədarük etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Qeyd edilir ki, "FPV" dronları artıq döyüş meydanında yüksək effektivliyini sübut edib.

Nazirliyin məlumatında həmçinin o da vurğulanıb ki, London sərfəli qiymətə pilotsuz təyyarələrin istehsalına şərait yaradacaq. Ukrayna Silahlı Qüvvələri “Qərb sənayesinin gücündən istifadə edə biləcək”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti