Fransa və Ukrayna arasında təhlükəsizlik sazişi imzalanacaq
"Bu səfər Rusiyanın Ukraynaya təcavüzünün ikinci ilinin geridə qalması fonunda ölkə prezidenti üçün Fransanın uzunmüddətli perspektivdə və bütün tərəfdaşları ilə Ukraynaya sarsılmaz və əzmkar dəstəyini göstərmək naminə fürsətdir", - məlumatda vurğulanır.
İmzalanacaq saziş ötən ilin iyulunda NATO-nun Vilnüsdə keçirilən sammitində verilmiş vədlərin nəticəsidir.
Bu münasibətlə Ukrayna prezidenti Volodimir Zelenski sabah Parisə gedərək, fransalı həmkarı Emmanuel Makronla görüşəcək. Onun həmçinin həftə sonu Almaniyaya səfəri və Münhen Təhlükəsizlik Konfransında iştirakı, habelə konfrans çərçivəsində ABŞ-nin vitse-prezidenti Kamala Harrislə görüşü nəzərdə tutulur.
Əvvəlcə sazişin Kiyevdə imzalanacağı gözlənilsə də, Makronun Ukraynaya səfəri təxirə salınmışdı.
Firudin Həmidli
AzVision.az
Teqlər: Ukrayna Fransa görüş saziş prezident