Paris İrəvana 23 milyon avroya səfirlik binası satır

Paris İrəvana    23 milyon avroya    səfirlik binası satır
  15 Fevral 2024    Oxunub:987
Ermənistan hakimiyyəti Parisdəki səfirlik üçün 23 milyon avro dəyərində bina almağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Armeniya məlumat yayıb. Qeyd edilir ki, bununla bağlı sövdələşməni rəsmiləşdirmək üçün 10% - 2,3 milyon avro avans ödəmək lazımdır. Müvafiq layihə Ermənistan hökumətinin fevralın 15-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Erməni səfir daşnak gənclərini qovub
Bina Parisin 16-cı kvartalında yerləşir və tarixi dəyərə malikdir. O, Fransanın keçmiş prezidenti Valeri Jiskar d'Estenə məxsus idi.

Xarici İşlər Nazirliyi isə binanın real dəyərinin xeyli yüksək olduğunu iddia edib. Sənədləşdirmə prosesi 3-4 ay çəkəcək.

İqtisadiyyatı daha da zəifləmiş Ermənistan üçün belə bahalı binanın alınması sosial şəbəkələrin erməni seqmentində narazılıqla qarşılanıb. Xatırladaq ki, bundan əvvəl də İrəvan baha qiymətə yeni səfirlik binası almışdı. Paşinyan hökuməti Londonun mərkəzində, Vestminsterdəki Müqəddəs Ceyms meydanındakı binanı səfirliyin adına rəsmiləşdirib. Mülkün alınması 17 milyon 380 min funt-sterlinqə (8 milyard dramdan çox-red.) başa gəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paris   İrəvan  





Xəbər lenti