Omanın Sultanı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Omanın Sultanı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
  14 Fevral 2024    Oxunub:748
Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Sizin yeni prezidentlik dövrünüzdə xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərimizi daha da gücləndirmək niyyətimizi bir daha bildirirəm.

Dost Azərbaycanın və onun xalqının daha çox tərəqqi və firavanlığı naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm".

AzVision.az



Teqlər:





Xəbər lenti