Azərbaycan səfiri Paşinyanın müsahibəsinə münasibət bildirib

   Azərbaycan səfiri Paşinyanın müsahibəsinə münasibət bildirib
  14 Fevral 2024    Oxunub:1023
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov Ermənistanın Baş Naziri Nikol Paşinyanın Londonda dərc olunan “The Telegraph” qəzetinə” verdiyi müsahibədə səsləndirilən iddialara cavab verib.
Səfirlikdən AzVision.az -a verilən məlumata görə, bununla bağlı sözügedən qəzetin redaksiyasına ünvanlanmış məktub dərc olunub. Qeyd olunub ki, Nikol Paşinyan Cənubi Qafqazın geosiyasi əhəmiyyəti və ölkəsi ilə Azərbaycan arasında sülhün bərqərar olması zərurətindən danışmasına baxmayaraq, özü yaxşı bilir ki, iki ölkə arasında mövcud problemlərinin əsas səbəbi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz illik qeyri-qanuni işğalı olub:

“2020-ci ilin noyabrında hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycanın təklif etdiyi sülh sazişi üzrə irəliləməkdə Ermənistanın bu qədər istəksiz olması təəccüb doğurur. Ermənistan ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşdığını bəyan etsə də, ölkənin bəzi rəsmi sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır.

Ötən ilin dekabrında hər iki ölkənin liderləri COP29-un Bakıda keçirilməsi ilə bağlı tarixi razılığa gəlməklə davamlı sülhə sadiqliklərini nümayiş etdirdilər. İndi isə xalqlarımız arasında münasibətləri bərpa etmək üçün çalışmalıyıq.

Sərhədlərinin Rusiya sərhədçiləri tərəfindən qorunmasına baxmayaraq, Ermənistanın nəqliyyat dəhlizinə dair üzərinə götürdüyü öhdəlikləri qəbul etməməsi anlaşılan deyil. Halbuki Azərbaycanın Naxçıvanla maneəsiz tranzit əlaqəsi də daxil olmaqla regional kommunikasiya əlaqələrinin açılması ilk növbədə Ermənistanın uzunmüddətli maraqlarını və iqtisadi ehtiyaclarını təmin edə bilər”.


AzVision.az




Teqlər:





Xəbər lenti