Rusiyada Ermənistandan gətirilən suyun satışı qadağa edildi

Rusiyada Ermənistandan gətirilən suyun satışı qadağa edildi
  13 Fevral 2024    Oxunub:977
Rusiya istehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsinə nəzarət üzrə federal xidməti (“Rospotrebnadzor”) Ermənistanda istehsal olunan “Jermuk” suyunun idxalının dayandırılması barədə qərar qəbul edib.
“Jermuk” suyundan içən Vladiqafqaz şəhər sakininin qida borusunda və mədəsində problem yaranıb. Məlum olub ki, şüşəyə su əvəzinə, sirkə doldurulub.

Araşdırmalar bitənədək Ermənistandan “Jermuk” suyunun idxalına və Rusiya ərazisində satışına qadağa qoyulub.

AzVision.az


Teqlər:





Xəbər lenti