"Ən böyük uğurum boşanmaqdır" - Beşinci dəfə evlənən aktyor

   "Ən böyük uğurum boşanmaqdır" -    Beşinci dəfə evlənən aktyor
  13 Fevral 2024    Oxunub:1237
5 dəfə evli olan məşhur televiziyaçı və aktyor Cem Özer "Pembe Masa" adlı proqramda maraqlı açıqlamalar verib. Özer söhbəti zamanı "Ən böyük uğurum boşanmaqdır. İki uşağımın anası ilə eyni evdə həyat yoldaşı ola bilmədik, amma boşandıqdan sonra çox yaxşı dost olduq",-deyə bildirib.
O, proqrama 5-ci dəfə evləndiyi Pınar Dura ilə birlikdə qatılıb. Aktyor deyib ki, bundan əvvəlki evlilikləri böyük səhv olub.

“Pınar mənim 5-ci həyat yoldaşımdır və əvvəlki bütün evliliklərim böyük yanlış idi. Pınarla mən hələ də bir-birimizi sevirik. Pınar, qızım Nurgül, mən və oğlum Nejat bir masa ətrafında otura bilərik. Hazırda Pınarla çox xoşbəxtəm".

Cütlük necə tanış olmalarından da danışıblar. Pınar Dura həyat yoldaşını dost məsclisində gördüyünü və ona elə həmin anda aşiq olduğunu deyib.

"Bir neçə gün sonra onu "Facebook"da izlədim və "messenger"də yazdım. Özer mənə qarşılıq verdi və biz görüşməyə başladıq. Cem Özer isə onun sözlərinə belə reaksiya verib: "Pınar məni yoldan çıxardı".

Qeyd edək ki, bundan öncə televiziyaçı Sebla Pekcan, Selin Dilmen, Esin Maraşlıoğlu və Nurgül Yeşilçayla evli olub.

Şahanə Rəhimli
AzVision.az






Teqlər:





Xəbər lenti