Ərdoğan Baydenlə görüşəcək
"F-16" qırıcılarının satışı və digər məsələrlə bağlı ABŞ-dən enerji və ticarət üzrə iki mühüm nümayəndə heyətinin, o cümlədən 50 böyük amerikan şirkətinin icraçı direktorlarının qarşıdakı aylarda Türkiyəyə gəlişi gözlənilir. Bildirilir ki, ABŞ yaşıl enerji sahəsində Türkiyə ilə əməkdaşlığa maraq göstərir.
Əməkdaşlıq sahəsində təmaslarla yanaşı dövlət rəsmilərinin görüşləri, XİN rəhbəri Hakan Fidanın, ardınca isə prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfəri planlaşdırılır.
Hər iki ölkədə seçki prosesi ilə əlaqədar görüşlərin dəqiq vaxtı açıqlanmasa da, Ərdoğanın iyulda Vaşinqtonda keçiriləcək NATO sammitində həmkarı Co Baydenlə görüşü baş tuta bilər.
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ Türkiyə prezident Bayden Ərdoğan görüş