Erməni deputat sərsəmlədi: "Azərbaycana misli görünməmiş zərbələr vurmalıyıq"

   Erməni deputat sərsəmlədi:    "Azərbaycana misli görünməmiş zərbələr vurmalıyıq"
  13 Fevral 2024    Oxunub:1806
Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı, müxalif və revanşist açıqlamaları ilə seçilən Tiqran Abramyan növbəti dəfə Azərbaycan əleyhinə sərsəm çağırışlar edib.
O, "Mamul"a açıqlamasında deyib ki, qonşu ölkəyə geniş miqyasda zərbələr endirilməlidir: “Fevralın 12-də Bakı Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Azərbaycanın Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılması barədə məlumat yaydı.

İrəvanın hərbi təxribatları erməni kəndliləri təşvişə salıb
Azərbaycanlı sərhədçinin yaralanması barədə xəbərlə başlayan və snayper atışını əks etdirən video ilə davam edən hadisələr nəhayət bu gün ağır nəticələr verdi. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, bu istiqamətdə erməni tərəfinin iki itkisi və yaralıları qeydə alınıb. Azərbaycanın sərhəddə, nəinki sərhəddə ümumiyyətlə bizi vurmasına imkan verilməməli, bütün bunlar cavabsız qalmamalıdır. Zaman göstərdi ki, onları cilovlamağın yeganə yolu Azərbayacana adekvat, bəzi hallarda isə qeyri-adekvat- misli görünməmiş böyük zərbələr vurmaqdır".

Qeyd edək ki, Tiqran Abramyan keçmişdə mövcud olmuş Qarabağ separatçıları rəhbərinin müşaviri kimi də çalışıb.

Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Bundan başqa eyni gündə saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Nəticədə sərhədçilərimiz 2 erməni hərbçisini məhv ediblər.

Bu gün həmçinin Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçiriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Deputat  





Xəbər lenti