Zibil qutusunu qarışdıran pensiyaçı 10 ev aldı
Məqalədə deyilir ki, kişi Darmştadt şəhərində yaşayır və qoca dilənçiyə oxşayır. O, yeməyə ayda 5 avrodan çox pul xərcləmir, zibil qutularını qarışdırır və zibil yığır. Əvvəllər elektrik mühəndisi işləyib, indi isə 3600 avro pensiya alır və tamamilə hər şeyə qənaət edir. Soyuq olanda o, evini odun tullantıları ilə qızdırır və mobil telefonu yoxdur. Qocanın yeganə böyük xərci YouTube-da bizneslə məşğul olmaq və biznes mühazirələrinə baxmaq üçün internetə çıxışı olan noutbukdur.
Nəşrin yazdığına görə, kişi "Almaniyanın ən qəribə milyonçusu" adlanır.
Kasıb milyonçunun biznes modeli ev almaq və kirayə verməkdən ibarətdir. Bir müddət əvvəl o, 700.000 avro yığaraq onuncu evini aldı.
AzVision.az
Teqlər: