Azərbaycanda ən çox ev alan əcnəbilər: Ruslar, gürcülər və türklər liderdir

   Azərbaycanda ən çox ev alan əcnəbilər:    Ruslar, gürcülər və türklər liderdir
  12 Fevral 2024    Oxunub:662
Azərbaycanda ev alan xarici ölkə vətəndaşlarının sayı artıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ildə 1689 əcnəbi Azərbaycanda ev sahibi olub. 2022-ci ildə isə bu rəqəm 1577 olub.

Azərbaycanda ev alan xarici vətəndaşlar içərisində ruslar, gürcülər və türklər ilk üçlükdədir. Belə ki, ötən il Rusiya vətəndaşları 1129, Gürcüstan vətəndaşları 143, Türkiyə vətəndaşları 121 evə sahib olublar.

Həmçinin respublikada ev alan əcnəbilər arasında Ukrayna (41), İran (41), Qazaxıstan (40), Almaniya (24), ABŞ (18), Albaniya (15), Belarusiya (11), Liviya Ərəb Respubklikası (11), Özbəkistan (11), İsrail (11), Türkmənistan (8) vətəndaşları da üstünlük təşkil edir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti