“Prezident onlara layiqli cavab verdi” - Deputat

Ölkə başçısının AŞPA-dakı çıxışına münasibət bildirən deputat qeyd edib ki, prezidentin bəzi ermənistanpərəst deputatların verdiyi provokasiyalı suallara cavabları da qətiyyətli və həqiqətə söykənən idi.
“Verilən suallara verdiyi cavablar isə auditoriya qarşısında ciddi və demokratik əqidəli bir siyasi xadimin durduğuna dəlalət edirdi.
Onun Azərbaycanın demokratik cəmiyyət quruculuğunda qazandığı nailiyyətlər barəsində dedikləri real faktlara əsaslanırdı və orda iştirak edən xarici ölkə depuatatlarının bir qismi ölkəmizə səfər zamanı özləri bunun şahidi olmuşdular.
Cənab Prezidentin bəzi ermənistanpərəst deputatların verdiyi provokasiyalı suallara cavabları da qətiyyətli və həqiqətə söykənən idi. Təcrübəli bir siyasətçi kimi cənab İlham Əliyev suallardan qaçmayaraq onlara layiqli cavab verirdi. Təsadüfi deyil ki, sual-cavabdan sonra bir çoxları ona yaxılaşaraq onunla qürur duyduqlarını bildirirdilər.
Cənab İlham Əliyev Strasburqdakı çıxışı ilə növbəti dəfə Azərbaycan milli maraqlarını yüksək səviyyədə qoruduğunu və Azərbyacanın dünyanın ayrılmaz bir hissəsi olduğunu sübut etdi”.
AzVision.az