Rusiya ilə ödənişlərdə problemlər lirənin ucuzlaşmasına səbəb olub

Rusiya ilə ödənişlərdə problemlər lirənin ucuzlaşmasına səbəb olub
  12 Fevral 2024    Oxunub:971
Türkiyə banklarının Rusiya kredit təşkilatları ilə əlaqələrdən imtina etməsi milli valyutanın Rusiya bazarında ucuzlaşmasına səbəb olub.
AzVision.az xəbər verir ki, bu barədə “Kommersant” yazır.

Nəşrin məlumatına görə, yanvarda lirə ilə ticarətin həcmi 13,9 milyard rubl təşkil edib ki, bu da dekabrın yekunlarından demək olar ki, dörd dəfə azdır. Eyni zamanda, həftə sonlarının çox olması səbəbindən valyuta bazarında ümumi aktivlik cəmi dörddə bir azalıb.

Qeyd olunur ki, iki ölkənin kredit təşkilatları arasında münasibətlərdə vəziyyət pisləşməkdə davam edir və bununla da Türkiyə valyutasının likvidliyi artmaqdadır. Bazar iştirakçıları Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən sonra problemin həllinə ümid edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti